
Bəbir və Leyla III MDB Oyunlarının simvolları!
Qarşınızda sevimli talismanlarımız – Bəbir və Leyla! Enerjili və mehriban maskotlar Bəbir və Leyla Qafqaz bəbirinin obrazında yaradılıb, onlar sadəcə personajlar deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirirlər.
Qafqaz bəbirinin təbii sərvətlərə zəngin Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Bu nadir heyvan dünyanın ən iri bəbir növlərindən biridir və ölkəmizin füsunkar guşələrində Naxçıvanda, Talış dağları və Qarabağ diyarında qədim dövrlərdən bəri məskunlaşıb.
Bəbir – sanki kiçik bir Qafqaz burulğanıdır, gəncliyi, fəallığı və tükənməz nikbinliyi simvolizə edir. Bəbirin oyunlara olan həvəsi onu həm uşaqların, həm də böyüklərin sevimlisinə çevirir. Mehriban və ünsiyyətcil Bəbir məmnuniyyətlə MDB Oyunlarına ev sahibliyi edən Azərbaycan şəhərlərini qonaqlara tanıdacaq. Onun xoş təbəssümü və pozitiv əhval-ruhiyyəsi sizə sevinc və əyləncə bəxş edəcək. Leyla – bu cazibədar gənc bəbir gözəlliyi, zərifliyi və müdrikliyi təcəssüm etdirir. Leyla hər zaman idmançıları dəstəkləməyə və onlara ilham verməyə hazırdır. O xoş səmimiyyəti və qonaqpərvərliyi ilə iştirakçıların könlünü oxşayacaq.
Bəbir və Leyla ilə yaxından tanış olun – onlar sevinci təcəssüm etdirən və III MDB Oyunlarının rəmzinə çevrilmiş parlaq qəhrəmanlarımızdır! Onların macəralarını izləyib, bu bayram ab-havasına qoşulun və idmançılarımızı bütün qəlbinizlə dəstəkləyin!