Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib.

Apr 12, 2024
Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib.

Gəncə şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı elan edilib. Belə ki, bu qərar MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Minskdə keçirilən iclasında bəyan edilib. Gəncədə müxtəlif idman növləri üzrə müasir komplekslər, stadionlar, olimpiya idman mərkəzləri və gənc istedadların yetişdiyi idman məktəbləri fəaliyyət göstərir. III MDB Oyunları müddətində Gəncədə müxtəlif idman tədbirlərinin, yarışların və mədəni proqramların təşkili planlaşdırılır ki, bu da şəhərin turizm və iqtisadi potensialına da müsbət təsir göstərəcək. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, zəngin tarixi, mədəni irsi və inkişaf etmiş infrastrukturu ilə seçilir. Gəncə bugünkü dövrdə də sosial-iqtisadi inkişafı, müasir memarlığı və gənclərə yönəlmiş siyasəti ilə ölkənin ən mühüm şəhərlərindən biridir. Gəncə, həmçinin gənclərin və tələbələrin şəhəri kimi tanınır. Burada fəaliyyət göstərən ali təhsil müəssisələri, gənclərə yaradılan geniş imkanlar və onların sosial təşəbbüslərdə fəal iştirakı şəhərin inkişafına zəmin yaradır.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları