Azərbaycan MDB bayrağını qəbul etdi və III MDB Oyunların keçirilməsinə hazırlaşır.

Avq 14, 2023
Azərbaycan MDB bayrağını qəbul etdi və III MDB Oyunların keçirilməsinə hazırlaşır.

2025-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında dalğalanacaq Müstəqil Dövlətlər Birliyinin bayrağı təntənəli şəkildə Azərbaycana təqdim olunub. Belə ki, 13 avqust 2023-cü il tarixində Belarusda keçirilən II MDB Oyunlarının rəsmi bağlanış mərasimi baş tutub. Bağlanış mərasimində Belarusun Baş nazirinin müavini İqor Petrişenko, ölkəsində keçirilən və oyunlar zamanı Belarusun on şəhərini dolaşan Müstəqil Dövlətlər Birliyi bayrağını Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevə təhvil verib. İlk dəfə MDB oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, II MDB Oyunları isə 2023-ci ildə Belarusda keçirilib. Azərbaycan mötəbər idman tədbirinə 2025-ci ilin sentyabrın 28-dən oktyabrın 8-dək ev sahibliyi edəcək. Oyunların açılış mərasimi Gəncədə baş tutacaq, 23 idman növü üzrə Azərbaycanın 7 şəhərini əhatə edəcək.

Digər Xəbərlər

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları