MDB Oyunlarının keçirilməsi konsepsiyası Rusiya Federasiyası tərəfindən təklif edilib. 2018-ci il sentyabrın 28-də Düşənbədə MDB Dövlət Rəhbərləri Şurasının iclası keçirilib və plan təsdiq edilib.
Oyunlar MDB-nin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq sazişinin qüvvəyə minməsi ilə yanaşı, xalqlar arasında çoxillik dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə təşkil edilib.
Oyunların məqsədi MDB-nin milli idman növlərini tarixi miras kimi qorumaq, onların beynəlxalq səviyyədə populyarlaşdırılması və inkişafı, sağlam həyat tərzinin təşviqi, gənclərdə müsbət fiziki və əxlaqi keyfiyyətlərin formalaşdırılması, vətənpərvərlik, məqsədlərə çatmaq əzmi, tarixə və xalq ənənələrinə hörmətin tərbiyə edilməsi, beynəlxalq yarışlarda çıxış edən idmançıların məharətinin və təcrübəsinin təkmilləşdirilməsidir.
TARİX VƏ GƏLƏCƏK
Azərbaycan 2025
Bunlara Avarçəkmə, Kanoe, Sərbəst Güləş, Qadın Güləşi, Yunan-Roma Güləşi, Stolüstü Tennis, Güllə Atıcılığı, Üzgüçülük, Basketbol 3×3, Karate, Taekvondo, Cüdo, Sambo, Badminton, Batut Gimnastikası, Bədii Gimnastika, Çövkən, Stend Atıcılığı, Futbol U-16, Qılıncoynatma, Kamandan Oxatma, Voleybol və Boks daxildir.

Minsk 2023
Bunlara atletika, voleybol, müasir pentatlon, atıcılıq, bədii gimnastika, çimərlik futbolu, 3×3 basketbol, mini-futbol, güləş (yunan-Roma, sərbəst, qadınlar), çimərlik voleybolu, həndbol, üzgüçülük, muay-tay, boks, cüdo, sambo, otüstü xokkey, ağır atletika, kamandan oxatma və karate daxildir.

Kazan 2021
İdmançılar badminton, 3×3 basketbol, idman rəqsləri, futzal, bədii gimnastika, atıcılıq, stolüstü tennis, boks, kəmər güləşi, cüdo, kuraş, karate, muay-tay, sambo və güləş kimi müxtəlif idman növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
