Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamına əsasən III MDB Oyunları Azərbaycanda keçiriləcək. Sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən Təşkilat Komitəsinin yaradılması haqqında qərar imzalanmışdır. Sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək oyunlar ölkəmizin 7 şəhərini Gəncə, Qəbələ, Yevlax, Göygöl, Mingəçevir, Şəki, Xankəndini əhatə edəcək. İdman tədbirində 5500 –ə yaxın iştirakçı gözlənilir. Qeyd edək ki, MDB Oyunları ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində baş tutub. 2023-ci ildə Belarusda keçirilən II MDB Oyunlarının estafeti uğurla ölkəmizə ötürülüb. III MDB oyunları ölkəmizdə keçiriləcək daha bir iri miqyaslı idman hadisəsidir. İlk dəfədir ki, belə mötəbər idman tədbiri ölkəmizin paytaxtından kənarda təşkil olunacaq.