Media Akkreditasiya Portalı

Hörmətli Media nümayəndəsi,
III MDB Oyunları Azərbaycan 2025 Media Akkreditasiya Portalına xoş gəlmisiniz!
Sizi bu mötəbər Oyunları işıqlandırmaq üçün aramızda görməkdən məmnunuq.
İndi qeydiyyatdan keçin

1. Akkreditasiya bələdçisi

Media Akkreditasiya prosesini tamamlamaq üçün aşağıdakı mərhələlərdən keçin:
Addım 1: Media Qeydiyyat bölməsinə daxil olun;
Addım 2: Akkreditasiya qeydiyyat prosesini tamamlayın;
Addım 3: Akkreditasiya qeydiyyatı (ACR) başa çatdıqdan sonra məlumatlar nəzərdən keçiriləcək. Qeydiyyatınız təsdiq olunduğu təqdirdə media zonalarına, tədbirlərə və mətbuat konfranslarına giriş imkanı verən akkreditasiya kartı ilə təmin olunacaqsınız;
Müstəqil fotoqraflar və videoqraflar 
Müstəqil fotoqraf və videoqraflardan daxil olan müraciətlər, yuxarıda qeyd olunan tələblərə və qeydiyyat prosesinə uyğun olmalıdır.

2. Əhəmiyyətli məlumat

Akkreditasiya ilə bağlı bütün yeniliklər sizə yalnız elektron poçt vasitəsilə göndəriləcək. Buna görə də, qeydiyyat zamanı təqdim etdiyiniz elektron poçt ünvanının doğru olduğuna əmin olmağınızı və mütəmadi olaraq yoxlamağınızı xahiş edirik.
Dəstək: Media qeydiyyat prosesi ilə bağlı hər hansı bir sualınız və ya yardıma ehtiyacınız yaranarsa,  [email protected]  ünvanına müraciət edə bilərsiniz.
Qeyd:
Təsdiq edilmiş məlumatlar yekun hesab olunur və namizəd tərəfindən məlumatların dəyişdirilməsi mümkün deyil.
Natamam və ya gecikmiş müraciətlər qəbul olunmayacaq.

3. Səlahiyyət

Şəxsi məlumatlarımın Təşkilat Komitəsinə və III MDB Oyunları ilə əlaqəli üçüncü tərəflərə açıqlanmasına razılıq verirəm. Təşkilat Komitəsi və üçüncü tərəf şəxsi məlumatlarımı müvafiq məxfilik siyasətlərinə uyğun olaraq yoxlaya bilər.

 

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları